www.e-qolat.com

onlayn ticarət mağazası olaraq, müştərilərin məlumatları tam məxfi olaraq qorunur.

 MƏLUMATLARIN İSTİFADƏSİ

Toplanmış məlumatlar aşağıdakı məqsədlərlə istifadə edə bilərik:
    1. Müştəri tələblərini daha yaxşı təmin etmək və ya keyfiyyətimizi inkişaf etdirmək üçün.
    2. Kampaniyalarımız və ya xüsusi endirimlərimiz haqqında sizləri məlumatlandırmaq.
    3. Müştərilərimizlə ünsiyyətdə olmaq , çıxabiləcək problemləri sürətli həll etmək və ya sizləri vaxtında bilgiləndirmək.

 

TOPLANAN MƏLUMATLAR

Müştərilərimiz saytda qeydiyyatdan keçərkən müəyyən məlumatlar tələb olunur , məsələn ,ad soyadınız, telefon nömrəniz, e-mail adresiniz, həmçinin faktiki ünvanınızı da əldə edə bilərik. Veb-saytda siz alış edərkən sizin kredit/debit kartı və ya PayPal hesabınızdan istifadə edərək sifariş yerləşdirdikdə biz sizin əməliyyat məlumatlarınızı əldə edə bilirik. Eyni zamanda, İP ünvanınız, istifadə etdiyiniz əməliyyat sisteminiz və brauzer məlumatlarınızı da toplayırıq.


TƏHLÜKƏSİZLİK

Siz sifariş yerləşdirərkən və məxfi məlumatlarınızı (kredit və ya debit kartındakı məlumatlar) təqdim edərkən onların təhlükəsizliyi və məxfiliyi bizim tərəfimizdən tamamilə təmin olunur. Nəzərinizə çatdırmaq istərdik ki, bütün şəxsi məlumatlar Secure Socket Layer (SSL) texnologiyası vasitəsilə ötürülür. Sizin kredit/debit kart nömrələriniz və şəxsi məlumatlarınız saxlanılmayacaq, satılmayacaq və ya hər hansı üçüncü tərəflə paylaşılmayacaq.

 

ÜÇÜNCÜ TƏRƏFLƏR

Qüvvədə olan qanunvericiliyə müvafiq olaraq və ya Ödəniş Sistemi Təminatçısı kimi üçüncü tərəf xidmət təminatçıları və ya digər tranzaksiya prosessoru tərəfindən tələb olunmadığı halda biz sizin şəxsi məlumatlarınızı üçüncü tərəflərə ötürmürük.

 

COOKIES

Biz sizin şəxsi məlumatlarınızın toplanılması üçün cookies-dən istifadə etmirik. İstifadə edə biləcəyimiz yeganə cookies izləmə sessiyasının İD-ləri və istifadəçi rejimidir.