MAL, İŞ VƏ XİDMƏTLƏRDƏN İSTİFADƏYƏ DAİR MÜQAVİLƏ – ONLAYN TİCARƏT ÜZRƏ

  Bu Mal, İş və Xidmətlərdən İstifadəyə dair Şərtlər və Müddəalar (burada və bundan sonra “İstifadə Şərtləri” adlandırılan) İstifadəçi (aşağıda göstərildiyi kimi) tərəfindən Xidmətlərə (aşağıda göstərildiyi kimi) daxil olunması və ya onlardan istifadə edilməsi üçün tətbiq olunur.

 İstifadəçi həmçinin Mal, İş və  Xidmətlərə daxil olunması və onlardan istifadə edilməsi ilə bağlı Şirkətin (aşağıda göstərildiyi kimi) vaxtaşırı olaraq təqdim edə biləcəyi hər hansı digər təlimatlara da riayət etməlidir.

 

1. Əsas anlayışlar

 Bu İstifadə Şərtlərinin məqsədləri üçün, aşağıda göstərilən terminlər aşağıdakı mənaları daşıyır: “Alıcı” və ya “Satıcı” İstifadəçinin Xidmətlərdən istifadə hüququnu verən ad deməkdir;

İş günü” Şənbə, Bazar və Azərbaycan Respublikasında tətbiq olunan hər hansı qeyri-iş günü istisna olmaqla hər hansı təqvim günü;

 Elektron Daxilolma Cihazı” kompyuter, telefon, mobil telefon, smartfon, rəqəmli assistent (PDA), mobil cihaz, simsiz cihaz və Xidmətlərdən istifadəsi üçün İstifadəçinin istifadə etdiyi istənilən digər elektron cihaz;

 Mobil Qoşmalar” xüsusi olaraq mobil cihazlar üçün nəzərdə tutulmuş Şirkətin internet saytları və ya Proqram Təminatı vasitəsilə müəyyən mobil cihazlardan istifadə etməklə İnternet Qoşmalarına daxil olma deməkdir;

 Veb Qoşması” Şirkətin Mobil Qoşmanı daxil edən e-qolat.com adı ilə gedən veb qoşmaları deməkdir.

 Parol” İstifadəçinin Xidmətlərdən istifadə etmək üçün özünü eyniləşdirmək üçün seçdiyi məxfi rəqəmlər və/və ya hərflər kombinasiyası deməkdir.

 Ödəniş” e-qolat.com vasitəsilə ödəniş qəbul edilən istənilən ödəniş deməkdir;

 Şirkət” 12/11/2018-cu il tarixində Vergilər Nazirliyində qeydiyyatdan keçirilmiş (VÖEN: 1305770551) “_QOLAT Sport Services_” MMC və onun istənilən törəmə şirkətləri və/və ya filialları deməkdir;

 Xidmətlər və Mallar” Elektron Daxilolma Cihazı vasitəsilə daxil oluna bilən Şirkətin Veb Qoşması vasitəsilə təklif etdiyi xidmətlər və mallar deməkdir;

 Üçüncü Tərəf” İstifadəçidən və Şirkətdən başqa hər hansı tərəf deməkdir.

 “İstifadəçi Adı” İstifadəçinin e-qolat.com -a təqdim etdiyi elektron poçt ünvanı. İstifadəçi Veb Qoşmasına daxil olmaq üçün öz İstifadəçi Adını və Parolunu daxil etməlidir; və

 İstifadəçi” Xidmətlərdən istifadə etmək üçün qeydiyyatdan keçirilmiş hər hansı şəxs deməkdir.


 2. XİDMƏTLƏRİN DƏYİŞDİRİLMƏSİ

 İstifadəçi qəbul edir ki, Şirkət İstifadəçiyə əvvəlcədən heç bir bildiriş vermədən Xidmətlərin istənilən hissəsinə əlavələr etmək, istənilən hissəsini çıxarmaq və ya dəyişmək hüququnu özündə saxlayır, və bu hallarda İstifadə Şərtləri belə əlavə olunmuş və ya dəyişdirilmiş Xidmətlərə (və ya onların hər hansı hissəsinə və ya funksiyasına) tətbiq olunmağa davam edəcək.

 


3. BİLDİRİŞLƏR

 Şirkət yenilikləri, müxtəlif aksiyalar və digər vacib məlumatlar ilk öncə portalın ana səhifəsinin yuxarı hissəsində qeyd olunur. Bu məlumatlar həmçinin elektron poçt vasitəsi ilə və POP-UP texnologiyası ilə İstifadəçinin nəzərinə çatdırıla bilər. İstifadəçi elektron poçt vasitəsi ilə məlumat almaq istəmədiyi halda portal`dakı Şəxsi kabinet`də, “Qeydiyyatını dəyiş” linkindən istifadə edərək, bu imkanı ləğv etmək hüququndadır.


4. İSTİFADƏ/TƏLİMATLAR

 İstifadəçi Veb Qoşmasına daxil olmaq üçün öz İstifadəçi Adından və Parolundan istifadə etməlidir. Xidmətlərə daxil olduqdan sonra, İstifadəçiyə onun verdiyi və ya vermək niyyətində olduğu istənilən göstərişə görə cavabdeh olmağı qəbul etmək və ya onunla razılaşmaq səlahiyyəti verilir. Belə göstəriş İstifadəçinin imzaladığı yazılı göstərişlər ilə eyni hüquqi qüvvəyə malik olur.

 

5. ÖDƏNİŞLƏR

 Bütün   ödənişlər    aşağıda    sadalanan    plastik    kartların    birindən    istifadə   etməklə    həyata keçirilməlidir: Visa, Visa Electron, MasterCard, Maestro, BirKart, Albalı və e-qolat.com Gift Card. Əgər İstifadəçi ödəniş həyata keçirirsə, İstifadəçi qəbul edir ki, vəsaitlər İstifadəçinin kart hesabından göstəriş verildiyi tarixdə tutulduğuna baxmayaraq, Üçüncü tərəf Şirkətdən (bank) asılı olmayan səbəblərdən Ödənişi İstifadəçinin müvafiq göstəriş verdiyi və ya vəsaitin tutulduğu tarixdə almaya bilər. Ödənişin hesaba düşməsi ən gec 3 iş günündə olmalıdır.

 Şirkət İstifadəçi ilə hər hansı Üçüncü Tərəf (bank) arasında yaranan istənilən mübahisələrə görə məsuliyyət daşımır, hətta əgər həmin Üçüncü Tərəf (i) hər hansı səbəbdən İstifadəçinin  Ödənişini hesaba almırsa, (ii) İstifadəçidən hər hansı haqqın və ya cərimələrin ödənilməsini tələb edirsə və ya (iii) satın alınmış malları və ya materialları təchiz etmir və ya mallar və materiallar qeyri-müvafiqdirsə.

 İstifadəçi hər hansı Ödənişin həyata keçirilməsi üçün Şirkətə tələb olunan bütün məlumatların (hesabların nömrələri, elektron poçt ünvanları və benefisiarın adları) dəqiqliyini təmin etməlidir. Şirkət əvvəlcədən heç bir bildiriş təqdim etmədən Üçüncü Tərəf dəyişiklik barədə Şirkətə məlumat verərsə və ya Şirkətin zəruri hesab etdiyi təqdirdə benefisiara dair belə məlumatı dəyişdirə bilər.

  Şirkət İstifadəçinin və ya hər hansı Ödənişin benefisiarının şaxtaçılığa, qeyri-qanuni və ya yanlış hərəkətə yol verdiyini hesab edərsə və ya hər hansı yanlışlıq və ya səhv meydana çıxarsa, Şirkət bildiriş təqdim etmədən İstifadəçinin verdiyi və vermək niyyətində olduğu göstərişi qəbul etməyə bilər və ya ondan imtina edə bilər.

 

 6. ELEKTRON VASİTƏLƏRLƏ YAZIŞMALAR VƏ MÜQAVİLƏLƏR

  İstifadəçinin elektron vasitələrlə verdiyi və ya vermək niyyətində olduğu Şirkətin aldığı hər hansı yazışma və ya müqavilə, onun faktiki olaraq İstifadəçidən göndərilib-göndərilməməsindən asılı olmayaraq, müvafiq qaydada İstifadəçi tərəfindən səlahiyyətləndirilmiş və onun məsuliyyətində olan hesab olunur və İstifadəçi üçün məcburidir.

 İstifadəçi razılaşır ki, elektron vasitələrlə çatdırılan, alınan və ya bağlanılan istənilən yazışma və ya müqavilə imzalanmış və/və ya çatdırılmış və mövcud qanunvericiliyə uyğun olaraq “yazılı sövdələşmə” hesab olunur. İstifadəçi həmçinin razılaşır ki, yazışma və ya müqavilə elektron vasitələrlə çatdırıldığına, alındığına və ya bağlandığına görə və eləcə də “yazılı” və ya imzalanmış olmadığına və ya əlbəəl çatdırılmadığına görə heç bir belə yazışma və ya müqavilə ilə bağlı mübahisə etməyəcək.

 Bu İstifadə Şərtlərinin məqsədləri üçün, “elektron vasitələr” termini kompyuter, telefon, mobil telefon, smartfon, İnternet, elektron poçt, rəqəmli assistent (PDA), faks və ya istənilən digər telekommunikasiya və ya elektron ötürmə metodu daxil olmaqla, Şirkətin vaxtaşırı icazə verə bildiyi istənilən kommunikasiya metodu deməkdir.

 7. İSTİFADƏYƏ DAİR QADAĞALAR

 

İstifadəçi aşağıdakılara yol verməyəcək

 (i)  İstifadəçi haqqında, İstifadəçinin Hesabları və ya İstifadəçinin digər maliyyə təşkilatlarında olan Hesabları haqqında heç bir yanlış, qeyri-dəqiq və ya natamam məlumat təqdim etməyəcək;

 (ii)  Xidmətlərə qeyri-qanuni, dələduzluq, bədniyyətli və ya iftiralı məqsədlərlə daxil olmayacaq və ya onlardan istifadə etməyəcək; və ya

 (iii)  Xidmətlərin qorunub saxlanmasına, toxunmazlığına, effektivliyinə, xoş niyyətliliyinə və ya rabitəliliyinə xələl gətirə biləcək əməllər və ya tədbirlər görməyəcək (qeyri-qanuni, dələduz, bədniyyətli və ya iftiralı və ya hər hansı digər şəxsə xələl gətirə biləcək və ya gətirən əməllər daxil olmaqla).

e-qolat.com-da eyni İstifadəçi tərəfindən iki və ya bir neçə profillərin açılması qadağan edilir. İlkin profilə çıxışın məhdud

olması səbəbindən əlavə profil açan İstifadəçi Şirkətə onun bağlanılması xahişi ilə və ya Parolun xatırlanması opsiyası vasitəsi ilə çıxışın bərpa olunması xahişi ilə müraciət etməlidir. Əlavə (saxta) profillərin açılması ilə bağlı bütün digər hallarda bu profillər Şirkət tərəfindən bloklaşdırılacaq, İstifadəçinin topladığı bonus xalları isə tam olaraq silinəcək. İstifadəçi saxta profilindən istifadə etməklə hər hansı hədiyyəni qazanarsa, Şirkət həmin hədiyyəni istifadəçiyə təqdim etməmək hüququna malikdir.

8. MOBİL QOŞMA

 Xidmətlərə Mobil Qoşma vasitəsilə daxil olmaq və ya onlardan istifadə etmək üçün aşağıdakı qaydalar tətbiq olunur:

(i)  İstifadəçi Mobil Qoşma istifadə etmək üçün Veb Qoşmasına daxil olmalıdır;

(ii) İstifadəçi Mobil Qoşma vasitəsilə Veb Qoşması üzrə bütün xidmətlərə, funksiyalara, funksiyallığına, məzmuna və ya məlumatlara daxil olma hüququna malik deyil (tam Ödəniş tarixi, çeklərin çapa verilməsi, mükafatların oynanılmasının təfərrüatları və hesaba dair digər məlumatlar və İstifadəçi belə Veb Qoşması xidmətlərinə, funksiyalarına, funksionallığına, tərkibinə və məlumatına daxil olmaq üçün müntəzəm olaraq Veb Qoşmasına Mobil Qoşmadan fərqlənən texnologiya vasitəsilə daxil olmalıdır

 

9. TƏHLÜKƏSİZLİK

(i)  İstifadəçi özünün Parollarını hər zaman tam məxfi saxlamalıdır. İstifadəçi heç kəsə öz Parollarını açıqlamalıdır. Əgər İstifadəçi öz Parolunun kiməsə məlum olmasından şübhələnərsə və ya bu barədə xəbər tutarsa, İstifadəçi dərhal Şirkətə bu barədə məlumat verməlidir və dərhal Parolunu müvafiq qaydada dəyişməlidir. İstifadəçinin bu bənd üzrə öhdəlikləri aşağıda göstərilən istisnalardan asılıdır:

(ii) İstifadəçi Parolları özünəməxsus və digər şəxslər tərəfindən asanlıqla tapıla bilməyən və ya əldə oluna bilməyən olmalıdır, o cümlədən: doğum tarixindən və ya İstifadəçinin öz və ya ailə üzvünün adından, İstifadəçinin telefon nömrəsindən, sosial sığorta nömrəsindən və ya “1234” kimi ardıcıl rəqəmlərdən istifadə olunmamalıdır.

(iii) Xidmətlər üçün İstifadəçiyə məxsus məlumatların təhlükəsizliyi İstifadəçinin normal təhlükəsiz iş qaydalarına riayət olunmasından asılıdır. İstifadəçi razılaşır ki, Xidmətlər vasitəsilə əməliyyatlar həyata keçirərkən, İstifadəçi əməliyyat həyata keçirmək məqsədilə Xidmətlər vasitəsilə ötürülən məlumatlar daxil olmamaq şərtilə, hər hansı məxfi məlumatın kimsəyə açıqlanmamasının təmin olunması üçün bütün lazımı tədbirlər görür. Buraya o cümlədən aşağıdakılar daxildir: digər insanlar İstifadəçinin kompyuter ekranını və ya Elektron Daxilolma Cihazındakı klaviaturanı görməməlidir və İstifadəçinin zəngini eşitməməlidir.

Veb Qoşması üçün aşağıdakı əlavə təhlükəsizlik qaydaları tətbiq olunmalıdır:

a) Şirkətin internet saytlarında İstifadəçinin Veb Qoşmasını necə daha təhlükəsiz edə biləcəyini və Şirkət Veb Qoşmasını necə daha təhlükəsiz etdiyini izah edən bölmələr var. İstifadəçi bu bölmələri müntəzəm olaraq oxumalıdır;

b) İstifadəçi özünün Veb Qoşmasına kiminsə daxil etməsinin qabağının alınması üçün Veb Qoşması üzrə hər əməliyyatı həyata keçirdikdən sonra İstifadəçinin brauzerindən çıxmalıdır və onu bağlamalıdır;

c)  İstifadəçi Veb Qoşmasına daxil olmuş vəziyyətdə olduğu müddətdə İstifadəçinin Elektron Daxilolma Cihazını diqqətsiz qoymamalıdır;

d) İstifadəçi kompyuterlə iş üzrə təhlükəsizlik qaydalarına riayət etməlidir və həmin qaydalar ən azı aşağıdakılar olmalıdır: ən son virusun aşkarlanması proqramı və şəbəkələrarası ekran sistemi, əgər belə təhlükəsizlik tədbirləri İstifadəçinin Elektron Daxilolma Cihazında mövcuddursa;

(e) İstifadəçi Hesabda hər hansı qeyri-adi, şübhəli və ya dələduz əməl barədə məlumatlı olarsa, İstifadəçi dərhal bu barədə Şirkəti məlumatlandırmalıdır.

(f)  İstifadəçi Xidmətlərlə bağlı Şirkətin tələb edə biləcəyi istənilən əlavə təhlükəsizlik tələblərinə riayət etməyə hazır olmalıdır.

10. İSTİFADƏÇİNİN ONLAYN ƏMƏLİYYATLAR ÜZRƏ MƏLUMATLARININ TOPLANMASINA VƏ İSTİFADƏSİNƏ RAZILIQ

 Şirkət cookie-fayllarından və digər izlənmə texnologiyalarından istifadə etməklə İstifadəçinin onlayn əməliyyatlar və ya üçüncü tərəflərin internet saytlarında yerləşdirilən Şirkətin elanları üzrə məlumatları toplaya bilər və internet saytlarının təhlükəsizliyini təmin edə bilər.       İstifadəçinin onlayn əməliyyatları üzrə məlumat və Şirkətin İstifadəçi barədə malik olduğu digər məlumatlarla birgə Şirkətin onlayn reklam kampaniyalarının effektivliyini qiymətləndirmək, internet saytının funksionallığını barədə məlumat toplamaq, İstifadəçinin maraq və ehtiyaclarını anlamaq, İstifadəçini xüsusi onlayn təcrübə ilə təmin etmək və İstifadəçini maraqlandıra biləcək məhsullar və xidmətlər barədə İstifadəçini məlumatlandırmaq üçün istifadə oluna bilər.

  Şirkət İstifadəçinin şəxsi məlumatını Azərbaycan Respublikasının şəxsi məlumatın qorunmasını təmin edən qanunlarına uyğun olaraq qəbul etməlidir, saxlamalıdır, istifadə etməlidir və pozmalıdır.

 

11. HAQLAR

 Şirkət Xidmətlərin təmin olunması üçün heç bir xidmət haqqı və ya digər haqlar tələb etmir.

 Şirkətin başqa tələbi olmazsa, istənilən Ödəniş ödəmə müddətində qanuni ödəmə vasitəsi olan valyuta ilə həyata keçirilə bilər. İstifadəçi qəbul edir ki, Üçüncü Tərəflər, eləcə də banklar Elektron Daxilolma Cihazına və ya Xidmətlərdən istifadə etmək üçün xidmət təminatçısına ödənilən haqlar da daxil olmaqla müəyyən haqların ödənilməsini tələb edə bilər.

 

12. MƏSULİYYƏT

 Bu İstifadə Şərtlərində başqa cür şərtləndirilməmişsə, Şirkət İstifadəçinin aşağıdakı səbəblərdən məruz qaldığı itkilərə, zərərlərə, gecikmələrə və ya çətinliklərə görə məsuliyyət daşımır:

 

(i) Bu İstifadə Şərtləri və ya Xidmətlər, və ya

(ii) Xidmətlərlə bağlı İstifadəçi tərəfindən təqdim edilən və ya təqdim edilə biləcək istənilən göstərişlər.

Şirkət yalnız özünün ciddi etinasızlığı (kommersiya standartları əsasında müəyyən olunmalıdır) nəticəsində İstifadəçinin məruz qaldığı itkilərə, zərərlərə, gecikmələrə və ya çətinliklərə görə məsuliyyət daşıyır.

Şirkət heç bir halda, hətta əgər Şirkət ciddi etinasızlığa yol verərsə, iddianın əsaslandırılmasından asılı olmayaraq İstifadəçinin məruz qaldığı məlumat itkisinə və ya hər hansı dolayı, vasitəli, xüsusi, artırılmış, cərimə və ya cəza xarakterli heç bir zərərlərə görə nə bütövlüklə, nə də qismən (biznesin hər hansı yolla dayandırılması, mənfəət, məlumat, imkanlar, gəlirlər, nüfuz itkisi və ya hər hansı digər kommersiya və ya iqtisadi itki) məsuliyyət daşımır, hətta əgər Şirkət belə zərərlərin ehtimalı barədə əvvəlcədən məlumat təqdim etmişsə.

Bundan əlavə Şirkət, heç bir halda, hətta əgər ciddi etinasızlığa yol verərsə, İstifadəçinin aşağıdakı səbəblərdən məruz qaldığı istənilən itki və ya zərərlərə görə məsuliyyət daşımır:

(a)   Üçüncü tərəflərin fəaliyyəti, fəaliyyətsizliyi (və heç bir belə Üçüncü Tərəf Şirkətin agenti kimi fəaliyyət göstərən hesab olunmayacaq);

(b)   (i) İstifadəçinin Şirkətə təqdim etdiyi hər hansı məlumatlarda (o cümlədən daxil olma məlumatları) və (ii) hər hansı Üçüncü Tərəfin təqdim etdiyi məlumatlarda səhvlər, xətalar, buraxılmalar, qeyri-dəqiqliklər və ya digər uyğunsuzluqlar (İstifadəçinin yeni versiyanın əldə etməməyi daxil olmaqla);

(c) Şirkətin nəzarətində olmayan hər hansı səbəbdən (digərlərdən savayı hər hansı sistem sıradan çıxması və ya texniki xətaları) Şirkətin İstifadəçi qarşısında öhdəsinə götürdüyü hər hansı öhdəliklərinin yerinə yetirilməməsi və ya yerinə yetirilməsində yaranan gecikmələr, səhvlər, dayanmalar;

(d)  Xidmətlərə daxil olmaqda və ya onlardan istifadə etməkdə yaranan hər hansı gecikmələr və ya buna müvəffəq olmamaq (gecikdirilmiş haqlar kimi istənilən ödəmələr və ya İstifadəçinin Üçüncü Tərəflərə ödəməli ola biləcəyi əlavə faiz);

(e) İstifadəçinin Şirkətin internet saytından çıxması və hər hansı Üçüncü Tərəfin (Bank) internet saytına qoşulması və ya çıxması və ya istifadəsi;

(f)  Bu İstifadə Şərtlərinə uyğun olaraq İstifadəçinin öhdəsinə düşən təhlükəsizlik də daxil olmaqla hər hansı öhdəliklərin yerinə yetirilməməsi və ya Xidmətlərlə bağlı Şirkətin İstifadəçiyə vaxtaşırı verə biləcəyi istənilən göstərişlərin yerinə yetirilməməsi;

(g)  Xidmətlərə daxil olmaq və onlardan istifadə etməklə əlaqədar istənilən dələduz və ya digər qanunsuz əməliyyat. İstifadəçi belə məsələlərlə bağlı onun hesabına xidmət göstərən banka müraciət etməlidir.

(h) Şirkətin keçirdiyi priz oynamaları nəticəsində udulan prizlərin pis vəziyyətdə olması və/və ya pis işləməsi. İstifadəçi belə məsələlərlə bağlı prizin (prizlərin) istehsalçısına müraciət etməlidir.

Şirkətin ciddi etinasızlığı nəticəsində yaranana iddialar, xərclər və məsuliyyətlər daxil olmamaq şərtilə, İstifadəçi Şirkəti (i) İstifadəçinin Xidmətlərə daxil olması və onlardan istifadə etməsi, və ya (ii) İstifadəçi tərəfindən İstifadə Şərtlərinin pozulması nəticəsində yaranan istənilən iddialardan, xərclərdən və məsuliyyətlərdən azad edir və təhlükəsizliyini təmin edir.

 Xidmətlərlə bağlı olan hər hansı şikayətlər Şirkətə göndərilməlidir:

 (elektron ünvan: [email protected]; telefon: +994555271040).


13. 
FORS MAJOR

 Şirkət Xidmətin yerinə yetirilməməsinə görə məsuliyyət daşımır əgər belə yerinə yetirilməmə təbii fəlakət (yanğın, daşqın, zəlzələ, fırtına, qasırğa və ya digər təbii fəlakət), müharibə, işğal, xarici düşmənlərin əməlləri, döyüş əməliyyatları (müharibə elan olunmuş olub-olmamasıından asılı olmayaraq), vətəndaş müharibəsi, üsyan, inqilab, qiyam, hərbi və ya hakimiyyətin qəsb edilməsi və ya müsadirə, terrorizm əməlləri, milliləşdirmə, dövlət sanksiyası, qadağa, embarqo, əmək mübahisəsi, tətil, lokaut və elektrik təchizatının, kabel, telefon və ya Xidmətlərin yerinə yetirilməsi üçün tələb olunan digər xidmətlərin dayandırılması və ya sıradan çıxması nəticəsində baş vermişdirsə.


14. 
MÜVƏQQƏTİ DAYANDIRMA/LƏĞV ETMƏ

Şirkət istənilən vaxt əvvəlcədən xəbərdarlıq etmədən İstifadə Şərtlərini (bütövlüklə və ya qismən) dərhal ləğv edə bilər və ya müvəqqəti dayandıra bilər və ya İstifadəçinin hər hansı Xidmətlərə daxil olmasını dayandıra bilər. Şirkət belə müvəqqəti dayandırma və ya ləğv etmə nəticəsində baş verə biləcək istənilən itki və ya narahatlığa görə məsuliyyət daşımır.

 

15. ƏQLİ MÜLKİYYƏT

 Şirkət Veb Qoşmasındakı hər bir internet səhifəsində malik olduğu bütün əqli mülkiyyət hüquqlarının sahibidir. Bura Mobil Veb Qoşmasında olan internet səhifələri daxildir. Başqa cür göstərilməmişsə, Xidmətlərə aid bütün mətnlər, şəkillər, illüstrasiyalar, proqram təminatı, HTML kodları, audio kliplər və video təsvirlər daxil olmaqla bütün əmtəə nişanları, loqolar və bütün işlər Şirkətin mülkiyyətidir, və şəxsi və qeyri-kommersiya məqsədləri üçün istifadə olunan hallar istisna olmaqla baxılma, çap edilmə və ya İstifadəçinin Veb Qoşmaları ilə bağlı əməliyyatlarının elektron surətlərinin arxivləşdirilməsi da daxil olmaqla, onlar bu İstifadə Şərtlərinə və Şirkətin sonradan İstifadəçiyə verə biləcəyi göstərişlərə uyğun olaraq Şirkətin yazılı icazəsi olmadan heç bir halda nə bütövlüklə, nə də qismən yenidən düzəldilməməlidir, yüklənməməlidir, yerləşdirilməməlidir, ötürülməməlidir, paylaşdırmamalıdır və ya dəyişdirilməməlidir.

 Bu İstifadə Şərtlərində və ya Şirkətin Xidmətlərində qeyd olunanların heç biri Şirkətin  işlərindən, əmtəə nişanlarından və ya loqolarından heç bir digər yolla istifadə olunması hüququnu yaradan kimi şərh edilməməlidir.


16. TƏTBİQ OLUNAN QANUNVERİCİLİK

  Bu İstifadə Şərtlərində xüsusi olaraq qeyd olunmayan bütün məsələlər yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə tənzimlənir.

Xidmətlərə daxil olma və ya onlardan istifadə etmə və ya bu İstifadə Şərtləri ilə bağlı hər hansı mübahisələr yarandıqda, tərəflər belə mübahisələri danışıqlar yolu ilə həll olunması üçün əlindən gələni etməlidir.

  Danışıqlar başlayan andan etibarən tərəflər mübahisələri 30 (otuz) gün ərzində həll etməzsə, istənilən tərəf belə mübahisələrlə bağlı müstəsna yurisdiksiyaya malik olan Azərbaycan Respublikasının məhkəmələrinə müraciət edə bilər.

 

17. MÜQAVİLƏNİN DİLİ - 

 Bu İstifadə Şərtləri Azərbaycan, ingilis və rus dillərində mövcuddur. Üç dil arasında uyğunsuzluq olduğu təqdirdə, Azərbaycan dilinə üstünlük verilir.