Ekoloji Təmiz Məhsul

Ekoloji Təmiz Məhsul
2 December, 2020

"20 il bundan öncə polietilen torbalar yox idi və insanlar kağız, kətan paketlərdən istifadə edirdi. Polietilen torbalar ekologiyaya zərərlidir."
Qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların  sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan edilir.
Polietilen poşetlər təbiətə ziyan vurması ilə yanaşı, bizim sağlamlığımız üçün də olduqca zərərli hesab edilir. Bu baxımdan biz sizə ekoloji təmiz, sağlamlığımız üçün zərərsiz və pul baxımından sərfəli "Kətan Çantaları" təklif edirik. Bu məhsulların tərkibi pambıq və kətan qarışığından ibarət olduğu üçün zərərsiz və yuyulma xassəsinə malik olduğu üçün də sanitar cəhətdən təmiz məhsul hesab olunur. 
"Kətan çantaların" həm üzərinə dizayn çap edərək, həm də sadə formada satışını həyata keçiririk.

Məhsullarla, "Kətan Çantalar" linkində tanış ola bilərsiniz.